AZ

Rusiyada yanğın - 5 uşaq ölüb

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yanğın nəticəsində beşi uşaq olmaqla 6 nəfər ölüb.Missiya.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Hadisə gecə saatlarında rayonun Vpered kəndindəki mənzillərin birində yaşanıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələn zaman açıq yanğın olmayıb. Yanğın 2,5 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər mənzildə ölmüş 5 uşaq (2017, 2019, 2019-cu il təvəllüdlü üç qız və 2021-ci il təvəllüdlü iki oğlan) və 33 yaşlı kişini aşkar ediblər”, - deyə vurğulanıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr