AZ

"Sülh sazişinin bir çox elementi razılaşdırılıb" - Tramp

Ukrayna üzrə sülh sazişinin bir çox elementi razılaşdırılıb.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından əvvəl açıqlayıb. 

"Səhər mən prezident Putinlə Ukraynadakı müharibə barədə danışacağam. Yekun razılaşmanın bir çox elementləri artıq razılaşdırılıb, lakin hələ görüləcək çox şey var. Minlərlə gənc əsgər və digərləri ölür. Hər həftə hər iki tərəfdən 2500 əsgər ölür və bu, dərhal dayandırılmalıdır. Prezidentlə danışmağı səbirsizliklə gözləyirəm", - deyə Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb.

Seçilən
12
1
adalet.az

2Mənbələr