AZ

"Şəhid övladlarının incəsənət akademiyası” layihəsinin bağlanış mərasimi keçirildi

17 mart 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin foyesində akademiyanın rəsm qrupunun üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Akademiyanın bağlanış mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, şəhid ailələri və KİV nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə layihənin məqsədinin şəhid övladlarının incəsənət sahəsində inkişafına töhfə vermək olduğunu vurğulayıb: "Bu layihə şəhid övladlarının yaradıcılıq potensialını üzə çıxarmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün nəzərdə tutulub."

Mədəniyyət nazirinin müavini Səadət Yusifova akademiyanın iştirakçılarının qazandığı bilik və bacarıqların onların gələcək inkişafına mühüm təsir göstərəcəyini qeyd edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova layihənin emosional tərəflərinə toxunaraq deyib: "Bu akademiya təkcə incəsənət deyil, həm də şəhid övladlarının mənəvi dünyasına işıq salan bir təşəbbüsdür."

Çıxışlardan sonra layihənin gedişatını və nəticələrini əks etdirən videoçarx nümayiş olunub.

Seçilən
5
6
publika.az

2Mənbələr