AZ

"Ölkənin strateji valyuta ehtiyatları 438 milyon azalıb"

Cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profsit formalaşıb.

FED.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

O bildirib ki, bu Ümumi Daxili Məhsulun 6,3%-ini təşkil edir. Ölkənin strateji valyuta ehtiyatları 438 milyon azalıb. Azərbaycan neftinin orta qiyməti 84 dollar təşkil edib. Xarici ticarət balansının profisitini formalaşdıran əsas amil ixrac əməliyyatlarıdır. Neft-qaz sektorunda 22,7 milyard dollarlıq ixrac olub. Qeyri-neft qaz ixracı 3,2 milyard dollar təşkil edib.

"Təkrar gəlirlər balansı profsitlidir. Profsit 632 milyon dollar təşkil edib. Azərbaycana xaricdən daxil olmuş pul baratlarının həcmi 1 milyard 83 milyon dollar olub", - deyə Samir Nəsirov bildirib.

Seçilən
2
fed.az

1Mənbələr