AZ

Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 631 milyon dollar olub

Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 631 milyon ABŞ dolları olub.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib. Bildirib ki, 2024-cü ildə ölkəyə daxil olan pul baratlarının həcmi 1 mlrd. 83 mln. dollar təşkil edib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (497 milyon ABŞ dolları), Türkiyədən (176 milyon ABŞ dolları), ABŞ-dan (65 milyon ABŞ dolları), Gürcüstan (35 milyon ABŞ dolları) və Böyük Britaniyadan (34 milyon ABŞ dolları) daxil olub.

Ötən il ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (150 milyon ABŞ dolları), ABŞ (60 milyon ABŞ dolları), Rusiya (58 milyon ABŞ dolları), Gürcüstan (45 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (28 milyon ABŞ dolları) qərarlaşıb.

Seçilən
4
7
apa.az

9Mənbələr