AZ

Ötən il Azərbaycandan5 milyard dollar kapital axını olub

2024-cü ildə Azərbaycanın maliyyə hesabının mənfi saldosu (ölkədən kapital axını) təxminən 5 milyard ABŞ dolları təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Bu, 2023-cü illə müqayisədə təxminən 16 % çoxdur.

Azərbaycan ötən il 7 milyard dollar birbaşa xarici investisiya cəlb edib

"2024-cü ildə Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 7 milyard ABŞ dolları, bu investisiyaların repatriasiyası isə 7,2 milyard ABŞ dolları təşkil edib", - Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, ölkəyə yatırılan investisiyalarda top 5-də Birləşmiş Krallıq (1,8 milyard ABŞ dollarə), Türkiyə (1,2 milyard ABŞ dolları), Macarıstan (1 milyard ABŞ dolları), Cənubi Kipr (746 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 490 milyon ABŞ dolları) qərarlaşıb.

"Hesabat dövründə Azərbaycan xaricə 1,8 milyard ABŞ dolları birbaşa investisiya yönəldib. Bu baxımdan isə top 5-də isə BƏƏ (458 milyon ABŞ dolları), Türkiyə (249 milyon ABŞ dolları), Gürcüstan (165 milyon ABŞ dolları), Birləşmiş Krallıq (111 milyon ABŞ dolları) və Özbəkistan (93 milyon ABŞ dolları) qərarlaşıb", - deyə AMB rəsmisi əlavə edib.

© "Report"

Seçilən
3
3
marja.az

4Mənbələr