Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədəfəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,7 milyardmanatlıq sənaye məhsulu istehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 500 milyonmanat və ya 1,9% az sənaye məhsulu istehsal edilib. 2024-cü ilinyanvar-fevral aylarında istehsal olunan sənaye məhsulunun dəyəri10,2 milyard manat idi.
Məhsul istehsalı neft-qaz sektorunda 3,2% azalıb, qeyri neft-qazsektorunda isə 6,7 faiz artıb.
Sənaye məhsulunun 60,9%-i mədənçıxarma, 31,8%-I emal, 6,4%-ielektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 77,4 % təşkil edib. Ümumiistehsalın 88,8%-i sənaye məhsullarının istehsalı, 11,2-i isəsənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.