Ötən il cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb. Bu, ÜDM-in 6,3 faizini təşkil edir.
Bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov ötən ilin yekunları üzrə tədiyyə balansının açıqlanmasına dair brifinqdə deyib.
O bildirib ki, təkrar gəlirlər balansında profisit 632 milyon dollar təşkil edib.
“Xidmətlər balansının kəsiri ötən ilə nisbətən 12 faiz azalıb. Nəqliyyat xidmətlərinin profisiti 1,3 milyard dollar, turizm xidmətlərinin profisiti 451 milyon dollar olub”, - deyə department direktoru bildirib.
AZƏRTAC