AZ

Ermənistana giriş-çıxış bağlanır - Hazırlıq başladı?

Ermənistan Hava Yolları aprelin 7-dən etibarən uçuşlarını müvəqqəti olaraq dayandıracağını açıqlayıb.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, şirkət bu barədə rəsmi "Facebook" səhifəsində paylaşım edib. Qərarın səbəbi kimi təyyarə meydançasının yenilənməsi göstərilib.

Hava yolu şirkəti aprelin 6-dan sonrakı tarixlərə bilet almış və ya bron etmiş sərnişinlərə şirkətlə əlaqə saxlamağı tövsiyə edib.

Xatırladaq ki, son günlər Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşdığına dair məlumatlar yayılıb. Ermənistan hökuməti 1 aprel - 13 iyun tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışının keçiriləcəyini elan edib. Bu qərar, apreldə eskalasiya ehtimalını artıran amillərdən biri kimi qiymətləndirilir.



Seçilən
113
7
news24.az

8Mənbələr