AZ

33 avtomat, 173 qumbara, 63 partlayıcı sursat tapılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Martın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 33 avtomat silahı, 12 tapança, 173 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 14 qumbaraatan, 63 partlayıcı sursat, 226 süngü bıçaq, 93 mərmi, 289 patron darağı və 19213 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
24
45
xalqqazeti.az

10Mənbələr