AZ

Qrizmann Messinin rekordunu təkrarladı

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann argentinalı superulduz Lionel Messinin La Liqadakı rekordunu təkrarlayıb.

Fanat.Az "Goal"a istinadən xəbər verir ki, fransalı forvard bu nəticəni İspaniya çempionatının 28-ci turunda "Barselona"ya qarşı keçirdikləri ev oyununda (2:4) meydana çıxmaqla reallaşdırıb.

Madriddəki qarşılaşma Qrizmann üçün 520-ci olub. Beləliklə, o, La Liqada oynamış bütün legionerlər arasında ən çox çempionat matçına çıxan Messiyə çatıb. Leo ilə Antuandan sonrakı pillədə isə 439 oyunla "Real Madrid"in sabiq hücumçusu Kərim Benzema qərarlaşıb.

Qeyd edək ki, cari mövsüm "Atletiko" forması ilə bütün turnirlərdə 42 matça çıxan Qrizmann 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
4
fanat.az

1Mənbələr