AZ

Pentaqon İranı təhdid etdi: Bütün variantlar masadadır

Pentaqon Yəməndə husilərə qarşı hücumların hədəf əldə olunana qədər davam edəcəyini bəyan edib.

News24.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sean Parnell bildirib.

Parnell ABŞ ordusunun Yəməndə həyata keçirdiyi hücumlar və Trampın İrana qarşı təhdid ifadələri ilə bağlı mühüm açıqlamalar verib.

O, ABŞ-nin husilərə qarşı son hücumlarına diqqət çəkib: "Prezident Donald Tramp, dövlət katibi Pit Heqset və ABŞ rəhbərliyi güc yolu ilə sülh dövrünün geri qayıtdığını bəyan etdilər. Məqsədimizə çatana qədər hədsiz dərəcədə öldürücü güc tətbiq edəcəyik".

Sözçü bu hücumların Yaxın Şərqdə rejim dəyişikliyi ilə bağlı deyil, Amerikanın maraqlarını qorumaq üçün olduğunu qeyd edib. O, əvvəlkilərdən fərqli olaraq bu dəfə husilərə qarşı daha geniş əməliyyat aparıldığını vurğulayıb. Qeyd edib ki, husilərə kömək etməyə davam edərsə, İran da hədəfə alına bilər: “Məncə, prezident bütün variantların masada olduğunu açıq şəkildə ifadə etdi”./Publika.az


Seçilən
1
47
news24.az

10Mənbələr