2024-cü ildə cari əməliyyatlar balansının profisiti 4,7 milyard dollar və ya ÜDM-in 6,3%-ni təşkil edib.
"Cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
Samir Nəsirov bildirib ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən illə müqayisədə 11,9% azalaraq 15,1 milyard dollar təşkil edib. Eyni zamanda, qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri 18,5% artaraq 10,4 milyard dollara yüksəlib.