AZ

ABŞ-dan Azadlıq heykəlini geri istəyirlər

ABŞ-dan

Fransalı deputat Azadlıq heykəlinin artıq Amerikanın ideallarını təmsil etmədiyini deyərək, ABŞ-dan onu geri qaytarmağı tələb edib.

Reyting.az
xəbər verir ki, “Place Publique” siyasi partiyasının üzvü, fransalı deputat Rafael Qlüksmann prezident Donald Trampın Ukraynadakı müharibə ilə bağlı mövqeyini və ABŞ-nın təhsil departamentini ixtisar etməsini sərt şəkildə tənqid hədəfinə çevirib.
Qlüksmann Fransanın “Le Monde” qəzetinə deyib: “Zülmkarların tərəfinə keçməyi seçən amerikalılara, elmi azadlıq tələb etdiyi üçün tədqiqatçıları işdən çıxaran amerikalılara deyəcəyik: Azadlıq heykəlini geri verin! Biz Azadlıq heykəlini sizə hədiyyə etmişik, amma görünür, ona nifrət edirsiniz. Onun evə qayıtması daha yaxşı olar”.

Qlüksmann həmçinin bildirib ki, ölkə Tramp administrasiyasının işlərdən çıxarılan hər kəsi salamlayacaq.

Amerikalılara deyəcəyimiz ikinci şey budur: “Əgər siz ən yaxşı tədqiqatçılarınızı işdən çıxarmaq istəyirsinizsə, azadlığı, innovasiya və araşdırma zövqləri ilə ölkənizi dünyanın aparıcı gücünə çevirmiş bütün insanları işdən çıxarmaq istəyirsinizsə, onda biz onları alqışlayacağıq”.

Məlumat üçün qeyd edək ki, ABŞ-nın simvoluna çevrilmiş Azadlıq heykəli fransız siyasətçi Eduard de Laboulayenin ideyası əsasında fransız rəssamı Auguste Bartholdi (1834-1904) tərəfindən hazırlanıb. Misdən hazırlanmış Azadlıq heykəli ABŞ-a təsis olunmasının 100 illiyi münasibətilə Fransa tərəfindən hədiyyə edilib. Heykəlin sağ əlində məşəl, sol əlində isə yazı var. Lövhənin üzərində 4 iyul 1776-cı il (İstiqlal Bəyannaməsi tarixi) yazılıb. Heykəlin başındakı tacın yeddi uclu ucu yeddi qitəni və ya yeddi dənizi simvolizə edir.

E. KAMAL
Seçilən
14
reyting.az

1Mənbələr