Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Mediasiya haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 (üç) il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, qulluğuna (o cümlədən dövlət dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər.
Bundan əlavə, ediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı iki otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofis olmalıdır.
10Mənbələr
-
demokrat.azBu şəxslər mediator ola bilməyəcək ( 16115835)
-
news365.azBu şəxslər mediator ola bilməyəcək ( 16115695)
-
azertag.azMediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir ( 16115335)
-
milli.azBu şəxslər mediator ola bilməyəcək ( 16114995)
-
day.azBu şəxslər mediator ola bilməyəcək ( 16114031)
-
olaylar.azKimlər mediator ola bilməz? ( 16113905)
-
pravda.azMediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir ( 16113731)
-
bakivaxti.azBu şəxslər mediator ola bilməyəcək ( 16113669)
-
az.trend.azBu şəxslər mediator ola bilməyəcək ( 16113563)
-
apa.azMediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir ( 16113551)