AZ

"İnter" baş məşqçisi ilə müqaviləni uzadacaq

İtaliyanın “İnter” komandası baş məşqçisi Simone İnzaqi ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

48 yaşlı çalışdırıcının hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bununla belə, Milan təmsilçisi mütəxəssisi daha bir mövsüm saxlamaq istəyir.

2021-ci ildən “İnter”ə rəhbərlik edən S.İnzaqi ötən mövsüm İtaliya A Seriyasının qalibi olub.

Qeyd edək ki, hazırda “İnter” ölkə çempionatında 64 xalla turnir cədvəlinə başçılıq edir.

Seçilən
10
43
unikal.az

10Mənbələr