Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2025-ci ilin yanvar-fevral ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 64,6 milyon manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.
Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-fevral aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 14 faiz artaraq 242,2 min manat olub.