"Mən Donald Tramp və Vladimir Putin arasında baş tutacaq müzakirələr barədə fərziyyələr yürütməyəcəyəm. Sadəcə, Ukrayna üçün ədalətli və dürüst sülhün vacibliyini vurğulamaq istəyirəm", - deyə o, jurnalistlərin ABŞ və Rusiya liderlərinin söhbətindən gözləntilər barədə sualını cavablandırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin və Tramp arasında danışıq 18 mart tarixində, Moskva vaxtı ilə 16:00-18:00 aralığında baş tutacaq.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri sonuncu dəfə 12 fevralda telefon danışığı aparıblar. Həmin söhbət zamanı liderlər Ukrayna məsələsini və iki ölkə arasındakı münasibətlərdə yığılıb qalan problemləri müzakirə ediblər. O vaxt Putin və Tramp təmasları davam etdirmək və şəxsən görüşlər təşkil etmək barədə razılığa gəlmişdilər. Bu razılaşmalar çərçivəsində Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvada Putinlə görüş keçirib.