“Barselona” ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, İspaniya nəhənginin yarımmüdafiəçisi Mark Kasado sıradan çıxıb.
21 yaşlı futbolçu La Liqanın geridə qalan turunda “Atletiko” (4:2) ilə matçda dizindən xəsarət alıb. Tibbi müayinədən sonra Kasadonun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Onun hətta mövsümü başa vurmaq ehtimalı da az deyil.
Qeyd edək ki, Mark Kasado bu mövsüm 36 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə verib.