Məşhur rusiyalı müğənni Filipp Kirkorovun atası – Rusiyanın Xalq artisti Bedros Kirkorov 93 yaşında vəfat edib.
Oxu.Az-ın Starhit.ru-ya istinadən xəbərinə görə, bu barədə Filipp Kirkorov özü məlumat verib.
“Mən artıq uşaq deyiləm. Bu gün, 18 mart 2025-ci il, saat 15:37-də atam, Rusiyanın Xalq artisti Bedros Kirkorov həyatdan getdi. Amma ürəyimdən heç vaxt getməyəcəksən. Doğmalarınızla keçirdiyiniz hər anın qədrini bilin”, – deyə Filipp Kirkorov bildirib.