Abşeronda 16/19, 17, 18, 27, 505, 521, 522 və 523 nömrəli marşrut xətlərinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, hərəkət sxemi Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüdə aparılan təmir-tikinti işlərinin başa çatması ilə əlaqədar dəyişdirilib.