AZ

Aleksandr Duqin: "Putin Trampın həyatını xilas edib"

“Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın həyatını xilas edib”.

Qaziler.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri politoloq, filosof və sosioloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, Rusiya lideri bunu Amerikada keçirilən prezident seçkilərində Kamala Harrisi dəstəkləyərkən edib.

“Əgər Putin Trampı dəstəklədiyini desəydi, Tramp artıq şübhəsiz öldürüləcəkdi. O, Harrisi dəstəkləyərək Trampın həyatını xilas etdi”, - Duqin vurğulayıb.

“Russia Today” media qrupunun mətbuat konfransında politoloq Putinin bu addımını əsl strateqin düzgün addımı adlandırıb. Duqin qeyd edib ki, Tramp Harrisi dəstəklədiyi üçün həyatını Rusiya prezidentinə borcludur.

QAZİLER.AZ

Seçilən
8
qaziler.az

1Mənbələr