AZ

Novruz ənənələrini şəhərdə yaşada bilirik?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Novruz bayramı əsasən, kənd həyatı və təbiətlə bağlılığa söykənsə də, onun ruhunu şəhər həyatında da qoruyub saxlamağa çalışırıq.
Şəhərdə yaşayanlar üçün bəzi adətlərin tam formada icrası çətin olur. Məsələn tonqal qalamaq, qapı pusmaq, yumurta döyüşdürmək kəndlərdə daha rahatdır.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında "Şəhərdə Novruz adətlərini yaşada bilirikmi" sualı ilə sorğu keçirib.
Sakinlər "indi binaların çoxunda şifrə olduğu üçün bloklardakı mənzillərə papaq atmaq olmur. Əvvəl sevinclə gözləyirdik ki, papaqlarımızı dolduracaqlar", "Bu gedişlə şəhər həyatında Novruz adətləri yox olacaq. Şəhərdə artıq papaq atmağa dilənçilik kimi baxırlar. Çünki bəziləri papaq atanda pul istəyirlər" kimi fikirlər səsləndiriblər.
Ətraflı süjetdə:
Seçilən
31
50
oxu.az

10Mənbələr