Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.
"Azərbaycan və Ermənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.