AZ

Rusiya: Mask bəşəriyyət üçün bənzərsiz liderdir

Rusiya Birbaşa İnvestisiya Fondunun da sədri olan Dmitriyev paytaxt Moskvada jurnalistlərə açıqlama verib.

Turkustan.az xəbər verir ki, Rusiyanın Ukraynadan qat-qat çox nadir torpaq elementlərinə sahib olduğuna diqqət çəkən Dmitriyev: "Bu mövzuda ABŞ və digər ölkələrlə əməkdaşlıq edə bilərik. Bəzi nadir torpaq elementləri ehtiyatlarını araşdırırıq və olduqca ümidvericidir"- dedi.

Dmitriyev bu ehtiyatların işlənilməsi üçün müəyyən texnologiyaların tələb olunduğunu və bu məsələdə ABŞ-la əməkdaşlığa açıq olduqlarını bildirib.

ABŞ ilə kosmos sahəsində də əməkdaşlıq edə biləcəklərini ifadə edən sədr: "Yaxın vaxtlarda bu mövzuda Mask ilə görüşəcəyik. Maskın bəşəriyyəti inkişaf etdirməyə çalışan bənzərsiz bir lider olduğuna inanırıq"-deyə, vurğulayıb.

Fevralın 21-də Putin həmçinin ölkənin ən böyük banklarından biri olan “Qazprombank”a iş adamı Maskla əməkdaşlıq etməyi tapşırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
2
turkustan.az

3Mənbələr