İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elan etdiyi milyonluq tender sona çatıb.
Valyuta.Az xəbər verir ki, elan edilən tenderin qalibi “SMTS” MMC olub və tərəflər arasında 4.305.773,71 AZN-lik müqavilə imzalanıb.
Qeyd edək ki, MMC aldığı məbləğ qarşılığında Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2025-ci il ərzində servis xidməti və təmir işləri həyata keçirəcək.
Xatırladaq ki, MMC 2024-cü ildə də eyni şəkildə servis xidməti və təmir işləri həyata keçirmişdi. Tərəflər arasında 2024-cü il üçün imzalanan müqavilənin dəyəri 3.777.997,33 AZN idi.
Rəhim