AZ

İran valyutasından tarixi antirekord

Son günlərdə İranın valyuta və qızıl bazarlarında qiymət artımı davam edir.

Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, bu gün 1 ABŞ dollarının qiyməti 100 min tümənə çatıb.

1 avro 108 845 tümənə, Britaniya funtu 127 690 tümənə, BƏƏ dirhəmi isə 27 730 tümənə satılır.

Qeyd edilib ki, qızıl sikkənin qiyməti 96 milyon tümən olub.

Mənbə: oxu.az

Seçilən
16
2
oxu.az

4Mənbələr