AZ

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Martın 18-i İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş sərbəst güləş üzrə U-17 muxtar respublika birinciliyi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə,  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) dəstəyi, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə reallaşan yarışda yarışda 10 çəki dərəcəsi üzrə ümumilikdə 65 idmançı mübarizə aparıb.

İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub. Gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib.

AGF-nin beynəlxalq dərəcəli hakimi Əli Babayev yarışın hakimlərindən biri kimi təmsil olunub.

Nəticələrə gəldikdə isə Ələkbər Əsgərov (45kq), Seymur Həsənov (48 kq), Əli Mirzəli (51 kq), Səfər Muradov (55 kq), Polad Əhmədov (60 kq), Nihad Ələkbərov (65 kq), Hüseyn Rəcəbli (71 kq), Taysun Xudadanov (80 kq), Şulan Bayramov (92 kq) və Aqim İsmayılov (110 kq) birinci olublar.

Seçilən
12
90deqiqe.az

1Mənbələr