AZ

Aİ-də 5,4 milyard avroluq xarici ticarət kəsiri yarandı

Qaynarinfo xəbər verir ki, Avropa Statistika Ofisi (Eurostat) Aİ və Avrozonanın yanvar ayına aid beynəlxalq ticarət göstəricilərini açıqlayıb. 

Qaynartinfo xəbər verir ki, Aİ-nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% artaraq 208,7 milyard avroya, idxalı isə 10,9% artaraq 214,1 milyard avroya yüksəlib. Beləliklə, Aİ yanvar ayında 5,4 milyard avro ticarət kəsiri ilə üzləşib.

Avrozonada isə ixrac 2024-cü ilin yanvar ayı ilə müqayisədə 3% artaraq 232,5 milyard avro, idxal isə 7,6% artaraq 231,5 milyard avro olub. Nəticədə Avrozonanın ticarət profisiti (artıqlığı) yanvar ayında 1 milyard avro təşkil edib.

Hesabat dövründə Aİ ölkələrindən ən çox idxal həyata keçirən ölkələr 46,7 milyard avro ilə ABŞ, 28,1 milyard avro ilə Böyük Britaniya, 17,2 milyard avro ilə İsveçrə, 14,8 milyard avro ilə Çin və 8,8 milyard avro ilə Türkiyə olub.

Aİ ölkələrinə ən çox ixrac edən ölkələr isə 44,8 milyard avro ilə Çin, 30,5 milyard avro ilə ABŞ, 12,9 milyard avro ilə Böyük Britaniya, 11,6 milyard avro ilə İsveçrə və 9,2 milyard avro ilə Türkiyə olub.

Paşa Məmmədli

Seçilən
7
valyuta.az

1Mənbələr