AZ

Büdcə Məlumat İdarəetmə Sisteminə qoşulan dövlət qurumlarının sayı açıqlanıb

Bakı. Trend:

Maliyyə Nazirliyində sənəd menecmentinin rəqəmsallaşdırılmasıçərçivəsində Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS) və digərelektron platformalar vasitəsilə dövlət qurumları arasındainformasiya mübadiləsi və sənəd dövriyyəsi avtomatlaşdırılıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2024-cü ildə BMİSvasitəsilə 10125 sənəd dövriyyəsi aparılıb, sistemə 286 dövlətqurumu qoşulub və 874 aktiv istifadəçi qeydiyyata alınıb.

Bildirilib ki, sistemin inteqrasiyası nəticəsində büdcəgöstəriciləri və əlavələri elektron qaydada təqdim edilərək, dövlətvə icmal büdcəsinin tərtibi prosesi sürətləndirilib.

Qeyd olunub ki, bundan başqa, Nazirlik tərəfindən “e-mühasibat”,“e-azadolma” və “QHT-hesabat” sistemləri tətbiq edilməklə maliyyəvə mühasibatlıq sahəsində elektron xidmətlərin dairəsigenişləndirilib.

Seçilən
6
az.trend.az

1Mənbələr