AZ

Qayda pozan sürücü Sabunçu DYP tərəfindən cəzalandırıldı - FOTO

Sürücü Baxışov Sahil Zahid oğlu Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilib və barəsində inzibati tənbeh tədbiri seçilib.

image

**

Paytaxtın Sabunçu rayonu, Zabrat-Balaxanı yolunda qayda pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkil göndərib. Onun sözlərinə görə, 44-CG-261 dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomobilin sürücüsü avtobus zolağını dəqiqələrlə (10 dəqiqədən çox) zəbt edib. Nəticədə o, avtobusun zolağa daxil olmasına əngəl törədib. Şikayətçi bildirib ki, dəfələrlə siqnal verdikdən sonra qayda pozan sürücü qismən sol tərəfə manevr edib. Lakin izləyici avtobusların yenə də zolaqda hərəkət edə bilmədiyini əlavə edib.

 

Eltac

FOTO QALEREYA
Seçilən
0
1
avtosfer.az

2Mənbələr