AZ

Yüksək Liqa: 12-ci turda meydan sahiblərinin günü

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.

“Olimpik Star”da baş tutmuş ilk matçda “Neftçi” U-19-la qarşılaşıb. 17 qolun qeydə alındığı oyunda “Neftçi” darmadağına sevinib.

Turun digər oyununda lider “Baku Fire” orta pillələrdə qərarlaşmış “Şuşa”nı sınağa çəkib. “Baku Fire” turu inamlı qələbə ilə başa vurub.

Son çempionla autsayderin görüşü isə daha çox məşq xarakteri daşıyıb. Oyunda yeganə əlamətdar hadisə “Araz-Naxçıvan”ın yeni transferi Karlos Henrikenin Yüksək Liqada debüt etməsi və qol hesabını açması olub.

Yüksək Liqa
12-ci tur
18 mart

Neftçi İK – U-19 12:5
Qollar: Vahib Xocayev, 5:59. Abdul Qafar Sadeqi, 7:18; 36:57. Emil Həsənzadə, 18:19; 29:25. Fərid Atakişiyev, 20:26. Xətai Bağırov, 20:31; 22:20; 23:33; 32:12. Əjdər Əjdərov, 25:03. Mortoza Haidari, 26:15 – Nazim Hüseynov, 14:13. Ədalət Ələkbərov, 15:02; 16:02. Pünhan Qasımzadə, 30:23. Fariz Hüseynov, 36:00.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Ramil Namazov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Baku Fire – Şuşa 9:1
Qollar: Oktay Rüstəmli, 4:34; 14:12. Yaqo Henrike, 17:50; 32:56. Murad Quluzadə, 27:15; 27:38; 36:41. Paulo Henrike, 28:37. Fərid Abbasov, 30:07 – Nüsrət Fərzəli, 5:08.
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Araz-Naxçıvan – Yasamal Bakı 20:0
Qollar: Karlos Henrike, 1:49; 9:04; 16:53; 31:09; 32:30. Covanni, 3:17; 6:59; 15:25. Lazar Milosavlyeviç, 4:48; 12:28. Əmirhossein Rəsuli, 5:10; 5:24; 36:14; 36:34. Novruz Kazıxanov, 13:57; 24:50; 25:15. Nurlan Məmmədov, 14:39. Xəzər Ağalızadə, 18:07. Roman Adamov, 26:28.
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Hacıəli Ağayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xallar: Baku Fire – 29. Araz-Naxçıvan – 28. Neftçi İK – 28. Şuşa – 12. U-19 – 9. Yasamal Bakı – 0.

Seçilən
14
arena.az

1Mənbələr