AZ

Berbok BMT Baş Assambleyasının sədri ola bilər

“Almaniya hökuməti Almaniyanın xarici işlər naziri Annalena Berbokun 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi irəli sürülməsini planlaşdırır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DPA agentliyi kabinetdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Almaniyanın yeni hökuməti formalaşana qədər Berbok xarici işlər nazirinin səlahiyyətlərini icra edəcək.
Yeni Nazirlər Kabinetinin aprelin 20-dək yaradılması planlaşdırılır. “Yaşıllar” koalisiya danışıqlarında iştirak etmirlər, ona görə də onların bu danışıqlara daxil olma ehtimalı azdır.
Baş Assambleyanın iyunda Berboku sədr seçməsi planlaşdırılır və o, sentyabrda yeni vəzifəsinin icrasına başlayacaq. DPA yazır ki, onun seçilməsi formallıq sayılır. Berbok vəzifəyə gəldikdən sonra Bundestaqın deputatı kreslosundan imtina edəcək. May ayında o, Nyu-Yorkda iş proqramını təqdim edəcək.
Almaniya hökuməti hesab edir ki, onun təyinatı Almaniyanın BMT prinsiplərinə qəti sadiqliyini nümayiş etdirəcək.
Seçilən
3
1
yeniavaz.com

2Mənbələr