AZ

Azərbaycan çempionatında daha bir baş məşqçi ayrılığı

Futbol üzrə Azərbaycan çempionatının I Liqasında yarışan MOİK-in baş məşqçisi Qəzənfər Abbasov istefa verib.

Bu barədə məşqçi özü sosial media hesabında məlumt yayıb.

"Bu gün MOİK-lə yollarımı ayırmaq qərarına gəldim. Hər zaman bu klubun adını qaldırmaq, uğur qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etdiyimə inanıram", - deyə Q.Abbasov qeyd edib.

Onu da əlavə edək ki, MOİK hazırda 18 turdan 22 xalla 6-cı pillədə qərarlaşıb. Komanda 2025-ci ilə ardıcıl 2 qələbə ilə başlasa da, son 5 turda cəmi 2 xal qazanıb (2 heç-heçə, 3 məğlubiyyət). \\Offsideplus.az

Seçilən
6
3
hurriyyet.az

4Mənbələr