AZ

"Milan" baş məşqçi ilə bağlı yekun qərarını verdi

"Milan"ın baş məşqçisi Serxio Konseysao cari mövsümün sonunda vəzifəsini tərk edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin İtaliya klubunda qalma şansı həddindən artıq azdır.

Bildirilir ki, Konseysaonun ətrafı artıq məşqçiyə yeni iş yeri tapmağı məsləhət görüb. "Milan"ın yeni baş məşqçisini isə yaxın vaxtlarda kluba qoşulmalı olan yeni idman direktoru seçəcək.

Qeyd edək ki, "Milan" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 9-cu yerdədir.

Milli.Az

Seçilən
0
2
milli.az

3Mənbələr