AZ

Əvvəlcə Məleykə bir imla yazsın, "3" alsın, sonra biz yazıçılar imtahan verərik - Seyran Səxavət

DİM sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxışı zamanı AYB üzvlərini Azərbaycan dili üzrə imtahandan keçməyə çağırıb.

Demokratikmusavat.com xəbər verir ki, yazıçı Seyran Səxavət bununla bağlı danışıb.

"Başqa ixtisas sahiblərini deyə bilmərəm, amma yazıçılarla bağlı onu deyə bilərəm ki, biz Azərbaycan dilindən imtahan verməyə hazırıq. Bircə xırda şərtim var: bizdən 1 saat əvvəl Məleykə xanım imla yazsın, əgər yaxşı yazsa, səhvi yoxdursa, bütün yazıçılar Azərbaycan dilindən imtahan verməyə hazırdırlar. Mən xahiş edərəm, hamısı Azərbaycan dilindən imtahan verərlər.

Şükür məsləhətinə, Milli Məclisdə bir nəfər çıxışında bildirmişdi ki, evdə xanım əgər yoldaşına çay verirsə, zəhmət çəkir, ona görə xanıma pul ödənməlidir. Başqa bir çox stajlı deputat demişdi ki, Azərbaycanda boşanmalar ona görə çoxdur ki, evlənənlər çoxdur... 

Mənim şərtim var təkcə Məleykə xanıma aid deyil, yüzlərlə məmura da aiddir. Onlar imladan "3" alsınlar, mən bütün Azərbaycan yazıçılarından xahiş edərəm ki, gedin Azərbaycan dilindən imtahan verin".

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
0
7
Demokratikmusavat.com

10Mənbələr