Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Culfa və Şərur şəhərlərindəRegional Ailə Mərkəzlərinin inzibatı binaları tikiləcək.
Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı Naxçıvan MuxtarRespublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsində müvafiq işlərə start verilib.
Komitə hazırda inşa olunacaq mərkəzlərin inzibati binaları üçünlayihə-smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.
Bu işdə maraqlı şirkətlər aprelin sonunadək təkliflərihazırlayaraq komitəyə təqdim etməlidirlər.
Eyni zamanda komitə layihə-smeta sənədlərinin hazırlanmasının285 756 manata başa gələcəyini porqnozlaşdırıb.