AZ

Borca düşdü, gizli məlumatları xarici kəşfiyyata satdı

Borca düşdü, gizli məlumatları xarici kəşfiyyata satdı

Çində məhkəmə texnologiya sahəsində bilgilərə sahib keçmiş tədqiqatçıya dövlət sirri olan məxfi məlumatları satdığı üçün ölüm hökmü çıxarıb. AFN.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.Bildirilir ki, Liu soyadlı müttəhim həmçinin ömürlük siyasi hüquqlarından məhrum edilib.“Dövlət təhlükəsizlik orqanları vətəndaş Liunun xarici kəşfiyyat orqanları ilə əlaqələri aşkar edərək ətraflı məlumat əldə edib və qanuna uyğun olaraq onu həbs edib”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.Liu elmi-tədqiqat institutunda mühəndis köməkçisi işləyib. O hesab edir ki, iş yerində ona qarşı haqsızlıq edilib, qiymətləndirilməyib və vəzifədə yüksəlməyib. Buna görə də işdən çıxmaq qərarına gəlib və bunu etməzdən əvvəl işlədiyi çoxlu sayda məxfi məlumatı gizli surətdə kopyalayıb saxlayıb.O, birjada ticarətə başlayıb, lakin çoxlu pul itirərək böyük borca ​​düşüb. Nazirlik bildirib ki, böyük iqtisadi təzyiq altında keçmiş tədqiqatçı məxfi məlumatları xarici kəşfiyyat agentliyinə satmaq qərarına gəlib. "Daha sonra o, bir çox ölkələrə gizli səfər edib və ciddi dövlət sirlərini açıb”, - deyə idarənin bəyanatında vurğulanır. Liu dindirilmə zamanı törətdiyi cinayətləri etiraf edib.

Seçilən
12
afn.az

1Mənbələr