AZ

Ukraynada atəşkəslə bağlı danışıqlar bazar günü başlayacaq

ABŞ-nin keçmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Ukraynada atəşkəsin detallarının bu bazar günü Səudiyyə Ərəbistanının Ciddə şəhərində işlənməyə başlanacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, Vaşinqton, Kiyevin Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı əldə olunmuş razılaşmaları dəstəkləyəcəyini gözləyir.

Vitkoff həmçinin atəşkəsin yalnız enerji infrastrukturu deyil, ümumilikdə bütün kritik obyektlərə hücumları əhatə edəcəyini qeyd edib.

Bundan əlavə, o, Ukrayna ilə bağlı aparılan təmasların müsbət nəticələr verdiyini və “iki böyük liderin bəşəriyyətin rifahı naminə birləşdiyini” vurğulayıb.

Seçilən
4
1
ikisahil.az

2Mənbələr