ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof diqqət çəkən açıqlamalar verib. "Gazeta"nın yaydığı məlumata görə, o, “Fox News” telekanalına müsahibəsində bildirib ki, Putin və Tramp qlobal sülhə nail olmaq üçün birlikdə məhsuldar işləyirlər.
Uitkof Rusiya prezidenti Putinin sülh sazişinə doğru irəliləyiş əldə etdiyini bildirib.
O, Rusiya-Amerika münasibətlərində müsbət dinamikanı vurğulayaraq, regionda uzunmüddətli sülh və firavanlığa əminliyini ifadə edib. Uitkof özünün prezident Putinlə keçirdiyi iki görüşünü də “məhsuldar” kimi qiymətləndirib. Siyasətçi xüsusilə ikinci görüşdə mühüm irəliləyişlərin əldə edildiyini və bunun həlledici məsələlərin dairəsini daraltdığını qeyd edib.
Diplomat atəşkəs layihəsinin əsas məqamları, o cümlədən hər iki tərəfə enerji infrastrukturuna hücumlarının qadağan edilməsi, həmçinin Qara dənizlə bağlı məsələlər üzrə razılığın əldə olunduğunu təsdiqləyib. ABŞ rəsmisi Tramp İlə Putini böyük liderlər adlandırıb.
Xatırladaq ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təxminən iki saat çəkən telefon danışığı olub. Danışıqlardan sonra hər iki tərəf dialoqdan məmnun ayrılıb.
İki lider arasında əvvəlki danışıq fevralın 12-də olub. Bundan əvvəl isə Rusiya və ABŞ dövlət başçıları üç il ərzində ünsiyyət qurmayıblar. Liderlər arasında fevral razılaşmalarının ardından Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları aparılıb. Orada həm ikitərəfli münasibətlərin bərpası, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli müzakirə edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural