AZ

Avropa Şurasının rəhbəri Rusiyanı qitə üçün təhlükə adlandırdı

Avropa Şurasının sədri Antonio Kosta diqqət çəkən açıqlamalar verib. O, Avropa ölkələrini Rusiyadan qaynaqlandığı iddia edilən təhlükəni qiymətləndirməyə çağırıb. Onun sözlərinə görə, bu, qitənin bütün ölkələrinə aiddir. Bu barədə Almaniyanın N-tv telekanalı məlumat yayıb.

“Əlbəttə, Rusiyanın qonşu ölkələri Rusiyadan gözlənilən təhlükələrdən daha çox narahatdırlar. Bu, göz qabağındadır. Ancaq qarşılaşdığımız təhlükə hamımıza təsir edir”, - Kosta bildirib.

Onun sözlərinə görə, buna görə də Avropa Ukraynanı dəstəkləməkdə davam edir. Siyasətçi hesab edir ki, Ukraynanın müdafiəsi Avropanın təhlükəsizliyinin maraqlarına xidmət edir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural

Seçilən
5
news365.az

1Mənbələr