AZ

ABŞ-da “Tesla” avtomobilləri yandırıldı

Las-Veqasda (Nevada ştatı) servis mərkəzinə hücum zamanı “Tesla” avtomobilləri yandırılıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, hadisə xeyli maddi itki ilə nəticələnsə də, heç bir işçi və ya müştəri zərər görməyib:

“Yerli hüquq-mühafizə orqanları artıq araşdırmalara başlayıb və şübhəliləri axtarır, hücumun mümkün motivləri təhlil edilir”.

“Tesla”nın qurucusu və baş direktoru İlon Mask isə hücumları terror adlandırıb.

Seçilən
3
2
axar.az

3Mənbələr