İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bunun fonunda İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun saxlanıldığı iki istintaqın təfərrüatlarını paylaşıb.
İstanbul Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, bir çox bələdiyyə törəmə müəssisələrində qeyri-qanuni tenderlər, birbaşa təchizat və ya xidmət satınalmaları yolu ilə tenderlərin saxtalaşdırılması, ixtisaslı saxtakarlıq, şəxsi məlumatların qanunsuz əldə edilməsi, rüşvətxorluq və mütəşəkkil şəkildə hədə-qorxu ilə tələb olunduğu müəyyən edilən hesabat nəticəsində araşdırmalara başlanılıb.
***09:18
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “A haber” telekanalı yayıb.
Bildirilib ki, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat başladılıb.
Əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.
Hazırda İmamoğlu və Ongunun evində axtarış aparıldığı qeyd olunub.