Bakı, 19 mart, AZƏRTAC
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan yığma Albaniya seçməsi ilə üz-üzə gələcək. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.