AZ

Medvedçuk: Ukrayna ABŞ və Rusiya arasındakı razılaşmalara mane olacaq- ÖZƏL

Ukrayna artıq "anti-Rusiya"ya çevrilib və hansı razılaşmaların əldə edilməsindən asılı olmayaraq, Moskva və Vaşinqton arasında mümkün olan hər hansı anlaşmaya mane olacaq. Olaylar.az xəbər verir ki, bu fikri "Digər Ukrayna" hərəkatının rəhbəri, ölkədə qadağan olunmuş "Həyat Uğrunda Müxalifət Platforması" partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti yalnız formal olaraq ABŞ-ın mövqeyini dəstəkləyir, əslində isə öz siyasətini davam etdirir və bəzi məsələlərin sülh danışıqlarında müzakirə edilməsini mümkünsüz sayır. O, Ukrayna Xarici İşlər Nazirliyinin yenidən ərazi bütövlüyü, NATO və Avropa İttifaqına üzvlük, Rusiyanın məsuliyyətə cəlb olunması məsələlərini gündəmə gətirdiyini xatırladıb. Medvedçuk bildirib ki, Kiyev artıq Vaşinqtona diktə etməyə çalışır və bunun üçün ABŞ-ın Rusiya ilə müharibəyə girməsini gözə alır.

Onun fikrincə, Ukrayna üçün suveren, demokratik və neytral dövlət olmaq imkanı artıq tamamilə itirilib. O, 2025-ci ildə ölkənin ya daha kiçik sərhədlərlə varlığını davam etdirəcəyini, ya da siyasi layihə kimi tamamilə yox olacağını vurğulayıb.

Medvedçuk hesab edir ki, Rusiya və ABŞ liderləri Ukraynanın müəyyən bir formatda mövcudluğunu müzakirə edə bilər, lakin hazırkı Ukrayna rəhbərliyi bunu ölkənin xilası kimi qəbul etməyə hazır deyil.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
100
50
olaylar.az

10Mənbələr