AZ

Mansur Yavaşdan İmamoğluya dəstək: Cavabsız qalmayacaq

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Əkrəm İmamoğlu barəsində çıxarılan həbs qərarı ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Yavaş “X” hesabından verdiyi açıqlamada sözügedən qərarı tənqid edib.

"Bu ölkədə qanunun aliliyini, demokratiyanı və xalqın iradəsini müdafiə edən hər kəs bilməlidir ki, seçilmiş bələdiyyə sədrinə qarşı bu cəhdlər heç vaxt qəbuledilməzdir. Dünən diplomun ləğvi, bu gün səhər tezdən evinin qarşısına toplaşan polis və onun komandasının saxlanılması. Bu mənzərə qanunun aliliyinə uyğun gəlmir.

Saxlanma səbəbi bilinməsə də, əvvəllər məhkəməyə gedib ifadə verən bələdiyyə sədrinin bu gün həbsə atılması nəyin göstəricisidir? Həqiqətən ədalət axtarırsınızsa, ilk növbədə hüququn əsas prinsiplərinə əməl etməlisiniz.

Seçilən
14
1
publika.az

2Mənbələr