AZ

Ukraynada atəşkəsin təfərrüatı burda işlənəcək – Uitkoff

Ukraynada atəşkəsin təfərrüatı bazar günü Səudiyyə Ərəbistanında işləniləcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“Əlbəttə, bəzi detalları işləməliyik, lakin bu, bazar günü Ciddədə başlayacaq və bundan sonra tam atəşkəsə keçəcəyik. Buna nail olmaq üçün nə etməli olduğumuz barəsində çox yaxşı söhbət etdik”, - Uitkoff bildirib.

Qeyd edək ki, ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığında enerji strukturlarına zərbə endirməmək barədə razılaşma əldə edilib.

Rusiya həmçinin atəşkəs təklifini də qəbul edib, ancaq şərtlərini irəli sürüb.

Seçilən
19
axar.az

1Mənbələr