Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ağdərə rayonunun Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyilndən AZƏRTAC-a bildirilib ki, IV texniki dərəcəyə uyğun olaraq tikilən yolun ümumi uzunluğu 9.4 kilometrdir. Hərəkət hissəsinin orta eni 6 metr, hərəkət zolaqlarının sayı 2 ədəddir. Zolağın eni 2x3 metr, çiyinlərin eni 2x2 metr, torpaq yatağının eni 10 metrdir.
Avtomobil yolunun digər göstəriciləri aşağıdakı kimidir:
Yolun konstruksiyası:
- Əsasın alt layı - qum-çınqıl qarışığından, qalınlığı - 24 santimetr;
- Əsasın üst layı - optimal çınqıl qarışığı, qalınlığı - 16 santimetr;
- Asfalt-beton örtük 2 laydan ibarət (7+5 sm) qalınlığı - 12 santimetr.
Yerinə yetirilən işlər:
- Torpaq işləri - 158.6 min kubmetr;
- Karxana çınqılından yolun torpaq yatağının bərpası - 97.3 min kubmetr;
- Yol əsasının tikintisi - 43.1 min kubmetr;
- İki laydan ibarət qalınlığı 12 santimetr olan asfalt-beton örtüyün tikintisi - 17.2 min ton;
- Bütöv və qırıq xətlər sarı və ağ rəngdə çəkilib - 28.2 min metr;
- Əyri xətli brusların quraşdırılması - 1000 poqonmetr;
- Beton küvetlərin tikintisi - 7200 metr.