Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu İstanbul Baş Prokurorluğunun qərarı ilə PKK/KCK terror təşkilatına yardım etmək ittihamı ilə saxlanılıb. Onunla yanaşı, İBB baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyəsinin sədri Rəsul Emrah Şahan da daxil olmaqla, daha 4 nəfər barəsində də eyni ittihamla həbs qərarı verilib. Metbuat.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu Əkrəm İmamoğlu da daxil olmaqla, 100 şübhəli barəsində müxtəlif cinayətlərə görə həbs qərarı verildiyini açıqlayıb. Şübhəlilər “cinayət təşkilatı qurmaq”, “rüşvət almaq”, “dələduzluq”, “tender saxtakarlığı” kimi cinayətlərdə təqsirləndirilir. Martın 18-də İstanbul Universiteti qanunsuz keçid səbəbindən Əkrəm İmamoğlu da daxil olmaqla, 28 nəfərin diplomunun geri alınmasına qərar verib.Qeyd edək ki, İmamoğlu martın 23-də Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədinin müəyyənləşəcəyi partiyadaxili seçkilərə hazırlaşırdı və CHP-nin prezidentliyə ən böyük namizədi hesab olunurdu.