AZ

Paytaxtda möhtəşəm Novruz şənliyi (FOTO)

Bakı. Trend:

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizinbütün güşələrində xüsusi coşqu və məhəbbətlə qeyd edilir. Qədimdövrlərdən bu günə kimi qorunub saxlanan bu əziz bayram Bakışəhərində də geniş keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Bakıda metronun“Gənclik” stansiyasının yaxınlığında Vaqif prospekti, CeyhunHacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrininkəsişməsində açılan yeni istirahət parkında bu parkın rəhbərliyi və“Regional İnkişaf” İctimai Birliyi ilə birgə Bakı sakinləri vəşəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balacasakinləri üçün möhtəşəm Novruz şənliyi təşkil edilib.

Bildirilib ki, bayram əhval-ruhiyyəsində, rəngarəng bəzədilmişparkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlarquraşdırılıb, gənc rəssamların rəsm əsərləri nümayişetdirilib.Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimliatlılar, dəvələrin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı,nağaraçılar, jonqlyorlar və çalğıçılar iştirak ediblər.

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənətxadimləri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar özməharətlərini göstərib, idman meydançasında zorxana, güləş,gimnastika üzrə nümunəvi çıxışlar olub.

Eyni zamanda, çadırlarda müxtəlif sahələr üzrə ustad dərslərikeçirilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsaspersonajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanlarışənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqsediblər.

Gün ərzində davam edən bayram tədbiri iştirakçıların böyüksevincinə səbəb olub və bayram əhval-ruhiyyəsi yaradıb.

Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Seçilən
0
9
az.trend.az

10Mənbələr